Şəkillər və Media

Tourneo Courier ilə uğurlu səyahət!

 

Rahatlıq, geniş salon və yanacaq qənaəti istəyirsiniz?! Komfort, dəb və texnologiya axtarırsınız?! Amma bütün bu xüsusiyyətlərin cəmini almaq və istifadə etmək, büdcənizə uyğun bir ticarət avtomobili tapa bilmirsiniz?

 

Bunun yalnız bircə həlli, əlbəttə ki: Tourneo Courier.

 

Bu kompakt, geniş salona malik avtomobil, dörd nəfər üçün kifayət qədər daxili həcm təmin edir; ayrıca bütün əşya və yükləri rahatlıqla daşıya bilər. Elastik oturacaq quruluşuyla daxili sahədən ən yaxşı şəkildə faydalana bilər, ağıllı əşya bölmələri və xüsusiyyətləri sayəsində bütün əşyalarınızı asanca nizamlar və yerləşdirə bilirsiniz.

 

Sahib olduğunuz texnologiyalar arasında, telefon danışıqlarınızı əllərinizi istifadə etmədən “Səslə idarə olunan Ford Sync” ilə reallaşdıra bilərsiniz. Ford Sync sistemi gələn yazılı mesajlarınızı belə sizə səsli olaraq oxuya bilər.

 

Seçiminiz, istər tutumu 1.5L və ya 1.6L dizel mühərriki; istərsə də, səmərəli 1.0L EcoBoost benzinli mühərriki olsun, bilin ki, bazarda yanacağa ən qənaətli istifadə vasitələrdən birinə sahib olacaqsınız.

 

Kompakt və dəbli, elastik və qənaətli, həmçinin, mahir xüsusiyyətlərlə və texnologiyalarla dolu: Ford Tourneo Courier kimi bir ticarət vasitədə axtardığınız xüsusiyyətləri rahatlıqla tapa bilərsiniz.

 

 

Bookmark & Share