Tam yeni FORD MONDEO artıq Azərbaycanda

 

Zərif, parlaq və ultramüasir dinamik siluet xüsusiyyətlərini və premiumluğu özündə birləşdirən Ford Mondeo, nəfis və cazibədar dizayn, həmçinin, innovativ texnologiyanın birlikdə təcəssümüdür. 

 

Mondeo-nun xarici və daxili görünüşü 

Yeni Mondeo -nun dizaynı həm estetik cəhətdən müasir, həm də funksional baxımdan çox əlverişlidir. Bu konsepsiya çərçivəsində “hərəkətdə enerji” təəssüratını bağışlayan dəqiq, səlis və aydın formalardan istifadə olunur. Güclü kuzov cizgiləri sayəsində avtomobil hərəkətsiz halda belə hərəki təsir bağışlayır. Sükanın dönməsi zamanı Yeni Ford Mondeo-nun ön farasının yaxın işıqları da eyni zamanda şaquli istiqamətdə küncə doğru 15 dərəcəlik bucaq çərçivəsində avtomobilin hərəkət trayektoriyası boyunca istiqamətlənir və yolun lazım olan hissəsinin işıqlanmasına imkan verir. Ətraf işıqlanmanın statik viraj faraları sərt döngələrdə və yolayrıcılarında əlavə işıqlandırma rolunu oynayır. 

 

Ford SYNC 2 sistemi. Səsli idarəetmə texnologiyası 

Ford SYNC 2 səslə idarəetmə sistemi Sizə sadə səs əmrləri ilə musiqini, zəngləri, naviqasiya və hava tənzimləmə sistemlərini idarə etmək imkanı yaradacaq. O, hətta mesaj mətnini oxuyur, ona görə də diqqətinizi yoldan yayındırmadan tam olaraq avtomobili idarə etməyə yönəldə bilərsiniz. Ford SYNC 2 sistemi USB çıxışı, MP3 player, hətta Bluetooth® sistemli telefonlar vasitəsi ilə Sizə musiqiyə qulaq asmaq imkanı verir. Sistem sensorlu 8 düymlü LED ekran ilə də təchiz olunub. 

 

Performans və səmərəlilik 

Tamamilə yenilənmiş Mondeo avtomobilinin bütün növ mühərrikləri öz dinamik keyfiyyətləri ilə Sizi sevindirəcək. Yüksək texnologiyalarla birlikdə təkmilləşdirilmiş avtomobil asması ilə Siz idarəetməyə tam hakim olacaqsınız. Nəticədə, avtomobil bütün şəraitlərdə sürücünün əmrlərini dəqiq və səlis yerinə yetirəcək. Avtomobilin yanacağa qənaəti heç də onun dinamik keyfiyyətlərindən geriyə qalmır. Düşünülmüş kombinasiyalı dizaynı və qabaqcıl konstruksiyaları mükəmməl qənaət və çox az CO2 tullantı verir. 


Təhlükəsizlik və unikal yeni texnologiya 

Mondeo modeli təhlükəsizlik üzrə müstəqil Avropa təşkilatı Euro NCAP tərəfindən maksimal 5 ulduzlu reytinq balı ilə qiymətləndirilib. Bu model bir sıra müasir təhlükəsizlik üzrə innovativ texnologiyalar sahəsində Euro NCAP Advanced tərəfindən mükafatlandırılmış Ford texnologiyaları ilə təmin olunub. Bu ilk arxa oturacaqlarda hava dolu təhlükəsiz kəmərləri ilə təchiz olunmuş Ford avtomobilidir. 


Nəzərinizə çatdıraq ki, Ford Mondeo Azərbaycana 1.5 l (160 a.g) və 2.0 l (203 a.g) həcmli mühərriklə təchiz olunmuş 2 kompliktasiyada idxal olunmaqdadır.


 

Bookmark & Share