Şəkillər və Media

Tam Yeni Ford Kuga

Tam Yeni Ford Kuga 2013 modelini təqdim edirik. 

Tamötürücülü intellektual sistem ani olaraq relyef və yol şəraitinə uyğunlaşır. Active City Stop avtomatik dayanma sistemi aşağı sürətlə hərəkət zamanı toqquşmanın qarşısını alır, Ford SYNC sistemi isə səsliəmrlərin köməyilə MP3 çalar və telefon funksiyalarını idarə etməyə imkan yaradır. Həmçinin, dünyada ilk dəfə olaraq Ford Kuga-da yük yerinin avtomatik açılmasını təmin edən “hands-free” innovativ sistemini qeyd etmək lazımdır. Əgər əllləriniz məşğuldursa, sadəcə ayağınızı arxa bamperin altına tutun və yük yeri rahat olaraq açılıb-bağlanacaq. 

Hətta mühərrik də öz xüsusiyyətləri ilə təəcübləndirir. Müasir birbaşa yanacaq texnologiyası və turbo gücün yüksək göstəricilərini, yanacağa qənaəti və CO2 tullantılarının minimal azalmasını təmin edir. 1.6 litr tutumlu EcoBoost mühərrik 180 at.g-nə malikdir və 240 HM fırlanma anı yaradır. Avtomobil əyləcə basarkən, ani olaraq reaksiya verir və ötmədə özünü çox yaxşı göstərməyi bacarır. 

 

Bir çox innovativ funksiyalarla təchiz edilmiş Yeni Ford Kuga SUV avtomobil üslubunu tamamilə yeni səviyyəyə daşıyır.

 

Bookmark & Share