Şəkillər və Media

Yeni Ford Fiesta

Yeni Ford Fiesta – yenilənmiş müasir tərzi ən yüksək texnologiyalar ilə bir araya gətirir. Və gününüzü ən yaxşı üslubda dəyərləndirməyinizə kömək etmək məqsədi ilə inkişaf etdirilmiş bir çox texnoloji özəllikləri sizə təqdim edir. Sahib olduğu müasir texnologiya sayəsində Yeni Fiesta hər sayəhətinizi  təhlükəsiz, rahat, əyləncəli və zövqlü  edəcək. Yeni Fiesta idman dizaynı ilə yanaşı əvəzsiz xüsusiyyətləri ilə sizi özünə cəlb edəcək.

 

Yeni Fiesta modelində təqdim edilən Ford SYNC sisteminin sayəsində Siz səsli göstərişlər ilə USB və ya MP3/İPOD –dan istədiyiniz musiqini seçə bilər və ya Bluetooth vasitəsi ilə mobil telefonuzdan dinləyə bilərsiniz. Sistem ancaq səsinizdən istifadə edərək zəng etmək və ya gələn zəngləri qəbul etmək imkanı verir. Ailəniz və dostlarınızla yolda olarkən belə ünsiyyətdə olmağınızı təmin etmək üçün o sizə yazılı mesajları belə səsli olaraq Sizə oxuycaq.

 

 

Yeni Fiesta haqqında daha ətraflı məlumat toplamaq üçün, digər bölümlərə keçid alın.

 

Bookmark & Share