Şəkillər və Media

Ford Explorer. Hər bir vəziyyətdə, ancaq yüksəklikdə!

Ford Explorer – çox funksionallı modeldir. Güclü və funksionallı Explorer bir çox unikal şüurlu sistemə malik olduğu üçün, sürücü özünü sükan arxasında çox rahat və inamlı hiss edir.

 

Əfsanəvi SUV - Avropa premium stilini və bənzərsiz Amerika xarizmasını özündə cəmləşdirən yüksək texnologiyalı avtomobildir. Yüksək keyfiyyətli materiallar və müasir istehsallı texnologiya onun kuzovunu möhkəm və yüngül edir. İntellektual tam ötürmə sistemi və yol şəraitinə uyğunlaşma sistemi (Terrain Management System) hər bir vəziyyətdə rahat idarəetməni təmin edir, qarla örtülmüş şossedən tutmuş, asfaltsız yolsuzluqlara kimi. 

İnamlı döngə keçidlərini tənzimləyən funksiyalar - döngələrdə trayektoriyaya nəzarət edən Curve Control, kursu sabit saxlayan elektron sistem AdvanceTrac®, avtomobili aşmadan qoruyan sistem Roll Stability Control™ təmin edir.

 

Avtomobilin qapısını açaraq, Siz yeddi sərnişin üçün oturacaq zənn etmiş olacaqsınız, bunlardan ikisi baqaj hissəsində düz döşəməyə qatlanan oturacaqlardı. Qeyd etmək lazımdır ki, baqaj bölməsinin maksimum həcmi 2,285 l. bərabərdir.

 

Hər hansı SUV sinfinin avtomobili - ilk növbədə, funksionallıqdır. Və Explorer funksionallıq həddini yeni zirvəyə qaldırır.

 

Bookmark & Share