“Ford Azərbaycan” müştərilərini sevindirməyə davam edir!

Hər zaman müştərilərini maraqlı yenilik və güzəştlərlə sevindirən “Ford Azərbaycan”ın start verdiyi yeni kampaniyanın şərtlərinə əsasən, zəmanət müddəti bitmiş Ford sahibləri ümumi servis xərclərinə 15% endirim imkanından yararlana biləcəklər! Əlavə olaraq, hərəkətli hissələrin diaqnostikası ödənişsiz həyata keçirilir. 

 

Həmçinin, Ford servis xidmətindən istifadə edərkən avtomobil sahibləri öncədən vaxt təyin etsələr, servis mərkəzində gözləmədən keçə bilməkdən əlavə 5% endirim imkanı əldə edəcəklər! Öncədən qeydiyyat üçün (055) 350 33 79 nömrəsinə ən azı 1gün öncə saat 14:00 -17:00 arası zəng edib müraciət etmək lazımdır: 

 

Ford servis mərkəzləri avtomobillərin diaqnostikasının aparılması üçün rəsmi istehsalçının tövsiyyə etdiyi elektron alətlərlə təchiz olunub və bununla yanaşı, bu avadanlıqlar ən son yenilikləri dəstəkləmək və istehsalçının proqram təminatı üçün onlayn vəhdətdə çalışır. 

 

Nəzərinizə çatdıraq ki, rəsmi Ford servis mərkəzləri hər bir Ford modeli üçün individual hazırlanmış xüsusi alət və avadanlıqlar ilə də təmin edilir. Bu alətlərin vasitəsilə, avtomobilinizin istənilən hissəsində görüləcək təmir işləri yüksək təhlükəzlik şərtləri altında icra olunur. Ford rəsmi servis mərkəzləri Almaniyadan gətirilmiş orijinal və zəmanətli ehtiyat hissələrindən istifadə edir. 

 

O cümlədən, rəsmi Ford servisin bütün əməkdaşları “Ford”un qlobal və texniki təlim mərkəzləri üçün xüsusi hazırlanmış texniki, mütəmadi təlimlərə cəlb olunur ki, bu da personalın təkmilləşdirilməsinə və Ford avtomobil sahiblərinə ən son standartlar əsasında xidmət göstərməsinə şərait yaradır. 

 

Avtomobilinizi peşəkarlara etibar edin! 

 

Ünvan: Bakı, Xətai pr. 36, 

Tel: (012) 496 01 10 

www.ford.az

 

Bookmark & Share