Yeni texnologiyalarla gələcəyə innovativ baxış

 

Sizə daha rahat, təhlükəsiz səyahət həzzi təqdim etmək üçün Ford mütəmadi olaraq texnologiyaların inkişaf etdirilməsi üzərində işləyir. Aşağıda qeyd olunan bölmələrdə texnologiya üzrə ən son innovasiyalar və onlardan necə yararlana biləcəyiniz barədə qısa məlumat ala bilərsiniz. 

 

 

EcoBoost

Bu yeni qabaqcıl texnologiya EcoBoost benzin mühərrikinin ixtirası, yanacaq sərfiyyatının aşağı salınması və CO2 zərərli tullantı səviyyəsinin endirilməsi üçün nəzərdə tutulmuşdur.

PowerShift

Avtomat sürət qutusunun rahatlığının və mexaniki sürət qutusunun dəqiqliyinin birləşməsi olan ikili səviyyəli 6 pilləli sürət qutusu əvvəlcədən növbəti sürəti seçir və bu da işə düşərkən gücün saxlanılmasına kömək edir. Gözlənilməz cəld və yumşaq qoşulma avtomobilin idarəsindən zövq almağa imkan yaratmaqdan başqa, yanacağa qənaət edir və digər avtomobillərin adi avtomat sürət qutularına nisbətən CO2 tullantısının səviyyəsini aşağı salır. 

Ford Powershift müvafiq vaxtda ötürməni seçməyə qadirdir. Misal üçün, ötmədə o, daha aşağı ötürməni seçərək Sizi daha tez sürət yığmaq və manevrləri daha təhlükəsiz həyata keçirmək üçün, güclə təmin edir.

Ford SYNC

Ford SYNC səslə idarəetmə sistemi Sizə sadə səs əmrləri ilə musiqini idarə etmək, zəngləri qəbul etmək imkanı yaradacaq. Bu müasir texnologiya ilə sükan arxasında hər saniyə rabitədə qalın.

Active City Stop

İnnovativ Active City Stop sistemi Sizə aşağı sürətdə (30 km/s) hərəkət edən zaman yaranan qəza vəziyyətlərindən qaçmağa kömək edir.

Parklanma sensorları

Bu texnologiya ixtira olunmuşdur ki, Siz öz avtomobilinizi dar yerlərdə rahat şəkildə parklaya biləsiniz.

Hərəkət zolağında qalmaq üçün müasir texnologiya

Sürücü hərəkət zolağından kənara çıxdıqda, ön kameranın köməyi ilə vizual xəbərdarlıq işə düşəcəkdir. Bununla da, avtomobil qaydalara uyğun hərəkətini davam etmiş olacaqdır.

 

 

Bookmark & Share