Ford Azərbaycanda

 

Şirkət haqqında: FNC Motors 2003-cü ildən “Ford Motors Company” rəsmi distribyuteri sayılır. Bu kiçik müddətə baxmayaraq, bu nişan çoxsaylı alıcıların etibarını qazanmış və öz sözünü demişdir. Bizim ölkədə Ford modelləri əvəzedilməzdir. Ford Mondeo, Ford Focus, Ford Fiesta, Ford Explorer məhz bu modellər daha aktualdır və yerli əhali arasında tələb edilənlərdir. Eyni zamanda qeyd etmək lazımdır ki, 50 illik təcrübəyə malik Ford Transit ailəsi bu seqmentdə öz vahid liderliyini qoruyub saxlayır. Ford dünyada qabaqcıl avtomobil şirkətlərindən biridir. Ford nişanlı avtomobillər artıq yüz ildən artıqdır ki, satılır və bu müddət ərzində şirkət etibarlılığı artıraraq, keyfiyyət və rahatlığı yaxşılaşdıraraq davamlı olaraq buraxılan avtomobillərin təkmilləşdirilməsi üzərində işləmişdir. 

 

Aparıcı alman və yapon firmalarının istehsalı olan müasir diaqnostika və təmir avadanlıqları ilə təchiz edilmiş Ford Servis mərkəzimiz də müştərilərin ixtiyarındadır. Avtomobildə istənilən problemlərin qısa müddətdə və keyfiyyətlə aradan qaldırılmasına imkan verəcək, eləcə də, orijinal alətlər və bütün modellər üzrə texniki sənədləşmə bu servis mərkəzini bənzərsiz edir, ciddi çıxış nəzarəti və cavabdehlik servis mərkəzinin keyfiyyətli və peşəkar işinin təminatıdır. FNC Motors servis mərkəzi həqiqətən də digər mərkəzlərdən dünya standartları səviyyəsində ən müasir avadanlıqları və peşəkar işçiləri ilə fərqlənir. Biz şirkətimizin alıcıların etibarını qazanacağına və öz işində etibrlılıq və zəmanət timsalına çevriləcəyinə inanırıq.

 

 

 

Bookmark & Share